Yaxın 5 ildə dünyada yaşıl iqtisadiyyatın həcmi 4 trilyon dolları keçəcək

28.04.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

2022-ci ildə yaşıl iqtisadiyyat sektorunun həcmi təxminən 1,5 trilyon ABŞ dolları dəyərində olub və 2030-cu ilə qədər bu rəqəmin 4 trilyon ABŞ dollarının üzərində artım göstərəcəyi proqnozlaşdırılır.

“APA-Economics” xəbər verir ki, bunu"Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfransda İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov deyib.

O bildirib ki, Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən, 2025-ci ilə qədər təmiz enerji bazarının həcminin 1,5 trilyon ABŞ dollarına çatması proqnozlaşdırılırdı:
“Bununla yanaşı, süni intellekt texnologiyasının tətbiqi ilə 2025-ci ildə karbon emissiyalarının izlənilməsi prosesinin 50% daha sürətli və daha dəqiq təqdim olunması gözlənilir. Biz bu trendlərdən geri qala bilmərik. Bununla bağlı strateji sənədlər mövcuddur, strateji istiqamətlər müəyyənləşdirilib".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью