Yaxın ailə üzvləri üçün xaricdən dərman gətirənlərin nəzərinə

18.04.2025

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxın ailə üzvü üçün xarici ölkədən gətirilən dərman vasitələrinin resepti gömrük orqanı əməkdaşlarına təqdim olunduğu təqdirdə buraxılışı təmin olunur.

Bunu “Rəqəmsal gömrük və media” mövzusunda seminarda Musavat.com-a açıqlamasında Dövlət Gömrük Komitəsinin Gömrük İnzibatçılığı Baş idarəsinin fiziki şəxslər üzrə iş şöbəsinin rəisi İlkin Hüseynzadə bildirib.

Qurum rəsmisi qeyd edib ki, resept kağız formasında olsa, yaxşı olar amma elektron formada da təqdim oluna bilər:
“Bu, yalnız şəxsin ailə üzvləri üçün keçərlidir. Əgər xəstə xarici ölkədə həkim qəbulunda olubsa, reseptə yazılan müddət və miqdar əsas götürülür”, deyə komitə rəsmisi əlavə edib.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью