Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Bu gün Rusiyanın qardaş xalqı olan Ukrayna xalqına qarşı apardığı təcavüzkar müharibə hamı üçün bir dərsdir.
Yəni ukraynalılara qarşı amansızlıq edənlər, cinayət törədənlər, qətliam törədənlər digər xalqlara nələr edərlər?
Bunu həm Orta Asiyada, həm Cənubi Qafqazda hamı dərk edir, başa düşür. Bu səbəbdən də artıq mərkəzdən qaçmağa başlayacaqlar”.
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb.
Politoloq qeyd edib ki, yaxın gələcəkdə Rusiya hegemon ölkə sırasından çıxacaq, parçalanacaq və orada bir neçə respublika yaranacaq.
Politoloqun fikrincə, artıq bu haqda da sosial şəbəkələrdə ciddi söhbətlər, təbliğatlar gedir.
Elşad Həsənov “Bu nöqtey-i nəzərdən Rusiyanın apardığı siyasət təbii ki, özlərinə ciddi ziyan vuracaq.