Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Mütəxəssislər yaxın gələcəkdə süni intellektin bütün sahələr üzrə təsirini istisna etmir.
Yüksək insan zəkasının məhsulu olan süni intellekt o qədər inkişaf edəcək ki, bir çox ixtisaslara və peşələrə ehtiyac azalacaq, yaxud da əhatə dairəsi məhdudlaşacaq.
Süni intellekt insan beyninin reqəmsal texnologiyadakı böyük inqlabı hesab olunur.
Bu gün süni intellekt sürətlə inkişaf etmə mərhələsindədir. Cəmiyyətin müxtəlif sahələrində süni intellektin inkişafı qaçılmaz görünür.
İstər iqtisadi sahədə, istərsə də qloballaşmış dünyanın digər sahələrində süni intellektə ehtiyac sürətlə artmaqdadır.
Artıq böyük şirkətlər və biznes sektorları öz məhsullarının təqdimatında süni intellektin imkanlarından faydalanmağa çalışır.
Bəs süni intellektin təhsilə olan təsiri nə kimi dəyişikliklərə səbəb ola bilər?