“Yaxın gələcəkdə Tramp və Putin arasında görüş nəzərdə tutulmayıb” − Ağ Ev | Icma.az
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir. “ABŞ və Rusiya Prezidentləri Donald Tramp və Vladimir Putin arasında Budapeştdə s
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evin yüksək rütbəli rəsmisi məlumat yayıb.
“NBC News”un həmçinin Ağ Evin yüksək rütbəli rəsmisinə istinadən verdiyi məlumata görə, Budapeşt sammitinə hazırlıq hazırda “pauzadadır”.
Telekanalın mənbəsinin sözlərinə görə, ABŞ prezidenti hər iki tərəfin hələ danışıqlara hazır olmadığını düşünür.
Mənbə əlavə edib ki, ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında ötən gün baş tutan telefon danışığı məhsuldar olub.
Lakin Lavrov və Rubio şəxsən görüşməyi planlaşdırmırlar. Qeyd edək ki, oktyabrın 16-da Donald Tramp Vladimir Putinlə telefon danışığı aparıb
Sonra o, ABŞ və Rusiya prezidentlərinin Macarıstanda görüşəcəyini elan edib. Bu danışıqların dəqiq tarixi açıqlanmayıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu