Yaxın günlərdə iki yeni bağça açılacaq

02.10.2025

Icma.az, News24 portalına istinadən məlumat yayır.

“Növbəti tədris ilində Bakının təxminən 25 təhsil müəssisəsində müvafiq olaraq təmir-tikinti və bərpa-quruculuq işlərinin aparılması nəzərdə tutulur”.

News24.az xəbər verir ki, bunu 59 nömrəli məktəbin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsini icra edən Nərminə Hüseynova söyləyib.

O bildirib ki, bu il ərzində 10 məktəbdə təmir-tikinti işləri başa çatdırılaraq təhvil verilib, daha iki məktəbəqədər təhsil müəssisəsinin də yaxın günlərdə təhvil verilməsi gözlənilir. (muallim.edu.az) 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью