Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, yağmursuz keçəcək.
Moderator.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, avqustun 22-25-də havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 33-38, Azərbaycanın rayonlarında 35-38, Mərkəzi Aran və Naxçıvan MR-in bəzi yerlərində isə 40-41°-dək isti olacağı gözlənilir.