Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Düşünürəm ki, hər necə də olsa, çox irəliləyiş əldə etmişik. Amma hələ finiş xəttinə tam çatmamışıq.
Düşünürəm ki, yaxın bir neçə həftə ərzində bu istiqamətdə yaxşı xəbərlərin olacağına ümid var".
“AzPolitika” xəbər verir ki, bunu ABŞ Vitse-prezidenti J.D.Vens “NBC News”-a verdiyi müsahibədə Ukraynadakı münaqişənin həlli ilə bağlı sualı cavablandırarkən deyib.
O, qarşıdakı həftələrdə "xoş xəbərlər" olacağına ümid etdiyini bildirib.Vitse-prezident həmçinin deyib ki, o və "bütün Ağ Ev" Ukrayna böhranının hələ həll olunmamasından məyusdur: "Biz həqiqətən inanırdıq - və prezident bunu milyon dəfə deyib - bu müharibənin həlli ən asanı olacaq".Xatırladaq ki, dekabrın 2-də Vladimir Putin Kremldə Stiven Uitkoffu və Trampın kürəkəni Cared Kuşneri qəbul edib.
Görüş təxminən beş saat davam etsə də, heç bir konkret nəticə əldə olunmayıb və Putin öz maksimalist, işğalçı tələblərindən əl çəkməyib.
“AzPolitika.info” Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.