Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir. İran ətrafında böhran dərinləşməkdə davam edir.
Tribunainfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın “İranı vura bilərik” açıqlamasından sonra hər iki tərəf ciddi hazırlıqlara başlayıb.
Belə ki, İranın dini lideri Ayətullah Əli Xamenei ölkə silahlı qüvvələrinin yüksək döyüş hazırlığına gətirilməsini əmr edib.
Bu barədə “Reuters” məlumat yayıb və bildirib ki, hazırda bu istiqamətdə ciddi işlər görülür.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri də müharibəyə hazır olduqlarını deyib: “İran bütün gücü ilə istənilən təhlükəyə cavab verməyə tam hazırdır”.
Həmçinin İranın XİN başçısı Abbas Əraqçı ABŞ-la birbaşa danışıqlardan imtina etdiklərini bəyan edib.
O deyib ki, ABŞ-la birbaşa danışıqlar aparmaq mənasızdır. Tehranda isə bəzi dairələr nüvə doktrinasının dəyişdirilməsi tələblərini intensivl
zran parlamentin üzvü Məhəmməd Qasım Osmani bildirib ki, “İran və Qərb arasında bərabərhüquqlu dialoq üçün nüvə silahının yaradılmalıdır”.