Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın geosiyasi proseslərdə aktiv rol alması ölkənin nüfuzuna ciddi şəkildə təsiredir.
Təsadüfi deyil ki, artıq Azərbaycan mühüm məsələlərdə qrzuedilən ölkəyə çevrilib.
Yaxın Şərqlə bağlı sülh prosesində Azərbaycanın iştirakı real mənzərəni ortaya qoyur.
Xaırladaq ki, bir neçə gün öncə ABŞ-dən olan anonim hərbi rəsmi “Politico”ya bildirib ki, Qəzza zolağında sülhməramlı missiyanın icrasında iştirak üçün əsas namizədlər İndoneziya, Azərbaycan və Pakistandır.
O qeyd edib ki, Qəzzada vəziyyətin stabilləşməsində iştirak edəcək bu qüvvələrin formalaşdırılması haqqında danışıqlar gedir və hələlik heç bir ölkə qəti vəd verməyib.
Lakin məsələ ilə ən çox maraqlananlar yuxarıda adıçəkilən ölkələrdir. “Xalq Cəbhəsi”nə mövzunu Politoloqlarla müzakirə edib.
Məsələlər tam şəkildə həllini tapmasa da… Politoloq Oqtay Qasımov qeyd edib ki, Qəzzada Tramp planı faktiki olaraq işə düşüb və atəşkəs əldə olunub: “Məsələlər tam şəkildə həllini tapmasa da, amma bir formada proses başlanıb və Misirdə keçirilən beynəlxalq sammit də məhz bu məsələnin həllinə həsr olunub.