Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Varşava Müasir İncəsənət Muzeyində “Yaxın şərq, uzaq qərb” adlı 6-cı Kiyev biyennalesi açılıb.
Kulis.az xəbər verir ki, sərgi müharibə və zorakılığın cəmiyyətə təsirini, eləcə də zorakılığın cəzasız qalmasının səbəblərini araşdırır.
Kurator Vasili Çerepanin bildirib ki, layihə 10 il əvvəl Ukraynanın Maidan hadisələrindən ilhamlanıb.
Türkiyəli sənətçi Aykan Safoğlunun Sirkeci vağzalını təsvir edən əsəri isə sərginin diqqətçəkən işlərindən biridir.
Qeyd edək ki, biyennale 2026-cı il yanvarın 18-dək ziyarətçilər üçün açıq olacaq.