Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yaxın Şərq və Qafqaz regionu üçün kritik 24 saat başlayır. Bəzi mənbələr İrana qarşı irəli sürülmüş şərtlərin qəbulu üçün ən son tarixin 1 fevral olaraq müəyyən edildiyini qeyd edir.
1 fevral İranda 1979-cu il inqilabının reallaşması tarixi kimi dövlət səviyyəsində qeyd edilir. İnqilabın 47-ci ildönümünün kifayət qədər gərgin atmosferdə keçəcəyi şübhəsizdir.
Eyni zamanda, 1 fevralda İran ordusu inqilabın 47-ci ilini Hörmüz boğazında təlimlərlə qeyd edəcək. ABŞ ordusunun İran ətrafı sularda aqressiv yerləşdiyi məqamda keçirilməsi planlaşdırılan təlim barıta od vura bilər.
Qəbul edilir ki, döyüş atışları ilə keçirilən təlimlərdə hər zaman risk faktoru yüksək olur. Bu təlimlərdə qarşılıqlı təxribat və ya proqnozlaşdırılmayan hər hansı hadisə bütün diplomatik kanalları bağlayıb, səhnəni hərbçilərə verə bilər.
İranda gərginlik Türkiyə və Azərbaycanında maraqlarına uyğun deyil. Prezident İlham Əliyevin Pezeşkiana ən kritik məqamda zəngi onu göstərir ki, rəsmi Bakı üzərindəndə diplomatik kanaılar mövcuddur.
Aqil Məmmədov, siyasi şərhçi