Yaxın Şərq yenidən dizayn edilir: Suriyada Əsədlə birlikdə bu ölkələrin maraqları batdı | …
Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Suriyada Əsəd rejiminin süqutu regionda güc balansını ciddi şəkildə dəyişdirərək bir sıra ölkələrin strateji maraqlarına zərbə vurdu.
Ən böyük təsir İranın və Rusiyanın maraqlarına dəyib, çünki hər iki ölkə Əsəd rejimini öz müttəfiqləri olaraq görür və onun vasitəsilə regionda təsir güclərini qoruyurdular.
Eyni zamanda, İsrail və ABŞ-ın təhlükəsizlik strategiyaları, həmçinin Türkiyənin sərhəd və qaçqın siyasəti də bu süqutdan təsirlənə bilər.
Əsəd rejiminin süqutu, regional və beynəlxalq aktorların yeni güc oyunlarına daxil olmasına səbəb ola bilər.
Bəs, Suriyada Əsəd rejiminin süqutu hansı ölkələrin planlarını pozdu? Burada ən böyük zərbə kimin maraqlarına dəydi?
Bu sualı Sitat.info- ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli cavablandırıb.
O bildirib ki, Suriya böhranı hazırda Yaxın Şərqin yenidən dizayn olunması prosesinin tərkib hissəsidir: "Bu prosesdə Türkiyəyə yer vermək istəmirdilər.
Tam oxu
Xəbəri oxu