Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır. "Yaxın aylarda bölgədə ciddi dəyişikliklərin şahidi olacağıq.
Hətta İsraillə Türkiyə arasında mövcud gərgin münasibətlər daha da kəskinləşəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu Türkiyə XİN rəhbəri Hakan Fidanın İsrailin Qəzzada yenidən hərbi əməliyyatlara başlaya biləcəyi barədə fikirlərini şərh edərkən deyib.
Rufiz Hafizoğlu bildriib ki, Hakan Fidanın bu açıqlaması yeni deyil: "Bundan öncə də bənzər açıqlamalar olub.
Ərəb KİV-ləri səviyyəsində iddia edilir ki, Trampın ABŞ-da yenidən hakimiyyətə gəlməsi fonunda Qəzzadakı hərbi əməliyyatlar yenidən bərpa oluna bilər.
Onun baş verməsi çox realdır. Hazırda əsir mübadiləsi həyata keçirilir. Onun ikinci mərhələsi müzakirə edilir.
Bu baxımdan, Qəzzada yeni hərbi əməliyyatlar ona görə başlamır ki, bu əsir mübadiləsini yarımçıq qoyacaq.
Bu isə öz növbəsində Netanyahu hökumətinin istefasına gətirib çıxaracaq addım ola bilər".