Yaxın Şərqdə baş verən proseslər əvvəldən hazırlanmış planın bir hissəsidir Konfliktoloq |…
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, ona Nobe­l Sülh Mükafatı verilmədiyinə görə artıq dünyanı düşünmək öhdəliyi yoxdur və indi yalnız ABŞ-nin maraqlarını nəzərə ala bilər.
Bu barədə ABŞ liderinin Norveçin Baş naziri Yonas Qar Stereyə yazdığı məktubdan məlum olub.
Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru, konfliktoloq Kərəm Məmmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, bu, super bir dövlətin başçısına yaraşmayan bir bəyanatdır.
Onun sözlərinə görə, bunu tək bu gün baş verən proseslər kimi dəyərləndirmək də düzgün olmazdı: "Əslində ABŞ Prezidenti Donald Trampın yenidən hakimiyyətə gəlməsi, Venesuela prezidentinin qaçırılması, İranda baş verən, Yaxın Şərqdə baş verən proseslər hamısı əvvəldən hazırlanmış planın bir hissəsidir.
Bu gün də Tramp bəyan edir ki, gah Kanadaya gedib çıxacam, gah oranı zəbt edəcəm, gah buranı. Nəticədə baş verən hadisələr göz qabağındadır.
Bu, onun öz şəxsi təşəbbüsü, fikri deyil. Çünki Amerika elə bir dövlətdir ki, bir prezidentlik müddəti ərzində planları həyata keçirmirlər.
Strategiyanı əvvəldən müəyyənləşdirirlər, azı 20–30 ilin planlarını tuturlar və həyata keçirirlər".
Tam oxu
Xəbəri oxu