Yaxın Şərqdə daha bir münaqişə qızışır...

15.09.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranın dəstəklədiyi Yəmən husiləri Səudiyyə Ərəbistanına yeni hücumlar həyata keçirib və Qırmızı dəniz sahillərində mövqelərini gücləndirirlər.

Bakıvaxtı.az xəbər verir ki, Bu barədə “Reuters” Yəmən rəsmilərinə istinadən məlumat yayıb.

Husilər bazar ertəsi Səudiyyə Ərəbistanının cənubundakı Xamis Muşayt şəhərində yerləşən hərbi hava bazasına onlarla raket və pilotsuz uçuş aparatı ilə hücum etdiklərini açıqlayıblar.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın məlumatına görə, hücumlar nəticəsində 13 mülki şəxs yaralanıb. Səudiyyə hakimiyyəti Xamis Muşayt və ölkənin cənubundakı digər üç şəhərdə fövqəladə vəziyyət elan edib.

Yəmənli bir rəsmi bildirib ki, husilər hazırda güclü təzyiq altındadır və buna cavab olaraq Səudiyyə Ərəbistanına raket və pilotsuz uçuş aparatı hücumlarını artırırlar.

Husilərin Qırmızı dənizin cənub girişində yerləşən Perim adasını ələ keçirməsi də bölgədə vəziyyəti daha da gərginləşdirib. Bu hadisələr Səudiyyə Ərəbistanının şərqi ilə qərbini birləşdirən neft kəmərinin sıradan çıxmasından bir neçə gün sonra baş verib və ölkənin neft ixracına təzyiqi artırıb.

Ər-Riyad husilərin qarşısını almaq məqsədilə Böyük Britaniyadan hərbi dəstək istəyib.

Bundan əvvəl ABŞ-nin Yəməndə İran tərəfindən dəstəklənən husilərin yeni hücumları fonunda Yaxın Şərqdəki münaqişəyə birbaşa müdaxilə etmək istəmədiyi bildirilmişdi.

ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi isə Vaşinqtonun Qırmızı dənizdə naviqasiya azadlığının təmin edilməsi də daxil olmaqla, əsas milli təhlükəsizlik maraqlarını qorumağa diqqət yetirdiyini bildirib.

Onun sözlərinə görə, ABŞ regional tərəfdaşlarına təhlükəsizlik məsələlərinin idarə olunmasında və həllində aparıcı rol oynamağa imkan verir.

Murad İsmayıl 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью