Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Yaxın Şərqdəki münaqişə tərəfləri silaha əl atmaq əvəzinə, diqqəti siyasi həll yoluna yönəltməlidirlər”. "Reuters" xəbər verir ki, bu fikri Çinin xarici işlər naziri Van Yi Pekində İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri ilə görüşündə söyləyib. Yi, həmçinin suverenliyinin və təhlükəsizliyinin qorunmasında İrana dəstəyini təsdiqləyib. Daha əvvəl Çin sədri Si Cinpin Oman sultanı Heysəm bin Tariq Al Səidlə görüşündə bildirmişdi ki, Yaxın Şərq və Fars körfəzi regionu böyük dövlətlərin rəqabət meydanına çevrilməməlidir. Görüşün yekunlarına dair birgə bəyanatda Oman Çinin Yaxın Şərqdə sülhə dair təkliflərini dəstəklədiyini və Pekinin regionda davamlı sabitliyin təmin olunmasında "daha böyük rol" oynamasına ümid etdiyini bildirib.
XQ