Icma.az bildirir, Yenicag saytına əsaslanaraq. “Vaxtilə Rusiya və Ukrayna da atəşkəs imzalamağa çox yaxın idi.
Lakin sonradan proseslərə müdaxilə olunduğu üçün bu baş tutmadı. Eynən ABŞ-nin Livan və “Hizbullah”a atəşkəs təklifini verməsi kimi”.
Bu sözləri siyasi şərhçi Kənan Novruz Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, eyni ssenarinin yenidən təkrarlanması istisna deyil: “İndiki məqamda Bayden administrasiyasının müharibənin bitməsi marağında olduğunu düşünmək çətindir.
Ehtimal ki, Donald Trampın andiçməsinə qədər Yaxın Şərqdə müharibə davam edəcək.
Lakin müharibənin uzanması artıq İsrail tərəfindən müəyyən mənfi nəticələrlə yadda qalır.
Bu da öz növbəsində fikir ayrılıqlarına, siyasi dəyişikliklərə və çaxnaşmaların yaranmasına gətirib-çıxardır.
Təbii ki, tərəflərin bir-birlərini günahlandırmağa çalışmaları müharibənin gedişatını daha uzanmış olacaq”. Siyasi ekspert əsas məsələnin D.