Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq. Bəşər Əsədin Suriyadan qaçmasından sonra bu ölkənin dinc həyata qovuşacağını söyləmə
Çünki həmin regionda geosiyasi mübarizə aparan güclər arasında yekun razılaşmaya gəlinməyib.
Yaxın Şərqin gələcək perspektivdə necə şəkillənəcəyi Suriyadakı hadisələrdən çox asılıdır.
Bəlkə də biz hələ yalnız ümumi prosesin birinci mərhələsini geridə qoymuşuq və ola bilər ki, irəlidə tamamilə fərqli bir mənzərə yaransın.
Hazırda yalnız bir şey aydındır: Suriya ərazisində özünə möhkəm yer etməyə can atan və Aralıq dənizi vasitəsi ilə “köhnə dünya”da ciddi mövqe əldə etməyə çalışan Rusiya və onun tərəfdaşı İran ağır məğlubiyyətə uğradı.
Rusiya Suriyadaki Hmeymim və Tartus bazaları vasitəsilə Əsəd rejiminə dəstəklə yanaşı, Afrikadakı digər qüvvələrinə yardım çatdırırdı.
Beləliklə, Rusiya Yaxın Şərqlə yanaşı, Afrikada da sarsıdıcı zərbə alıb.
Uzun illər ərzində qurulmuş sistemin qısa zamanda çökməsi Rusiya siyasi icmalçılarını və təbliğatçılarını çaşqınlığa və isterikaya salıb.