Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yaxın Şərqdə Türkiyə orbitində yeni konfiqurasiyanın formalaşması artıq zərurətdir.
Bunu əsaslandıran bir çox fakt mövcuddur.İran uzun müddət "Şiə hilalı" ideologiyası əsasında İraq, Suriya, Livan və regionun bir çox nöqtəsində öz maraqlarını təmin etməyə çalışdı.
Onlar bunu daha çox proksi güclər dediyimiz qruplaşmalar hesabına reallaşdırmağa fokuslandılar.
Lakin, sözügedən proses İsrail-İran qarşıdurması kontekstində Təl-Əvivə bölgədə həyata keçirdiyi hərbi əməliyyatları legitimləşdirməyə əsas verdi.
Mövcud vəziyyət bu gün də davam edir. Bu isə onu deməyə əsas verir ki, İranın Yaxın Şərqdə varlığı regiona siyasi istiqrasızlıqdan başqa heç
Xüsusilə, onların hərbi kompaniyaları tarix boyu Suriya xalqının yaddaşından silinməyəcək.
Ukrayna müharibəsində Qərblə açıq şəkildə mübarizə aparan Moskva, Suriya kontekstində Vaşinqtonla bir çox məsələ də ortaq mövqedən çıxış etdi.