Yaxın Şərqdə vəziyyət daha da ağırlaşır: “Gərginliyi növbəti səviyyəyə qaldırmağa hazırıq”

19.04.2025

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın Yəmənin qərbindəki Hudeydə şəhərindəki Ras İsa limanına endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 80-ə, yaralıların sayı isə 150-yə çatıb.

Bizimyol.info xəbər verir ki, Husilərin Səhiyyə Nazirliyinin sözçüsü xilasetmə qruplarının hələ də Qırmızı dənizdəki yanacaq terminalında cəsədləri axtardığını və ölənlərin sayının arta biləcəyini bildirib.

Husilərə bağlı Əl-Məsirə televiziyasının xəbərinə görə, ABŞ döyüş təyyarələri Yəmənin Əl-Cəvf və Səda şəhərlərinə hava zərbələri endirib.

Husilərin silahlı qanadının sözçüsü Yəhya Seri açıqlama verib. “ABŞ ordusunun güclənməsi və ölkəmizə qarşı davamlı hücumları yalnız daha çox əks-hücumlara, əməliyyatlara və münaqişələrə səbəb olacaq”, - deyib.

“İsrailin Qəzzaya qarşı hücumu dayanana və mühasirə götürülənə qədər Yəmən Fələstin xalqına dəstək əməliyyatlarını davam etdirməkdən çəkinməyəcək”, -deyə bəyanatda bildirilir.

Açıqlamada ABŞ-ın həyata keçirdiyi hücumun gərginliyi daha da artırdığı qeyd edilib:

“Biz Vaşinqtonla gərginliyi növbəti səviyyəyə qaldırmağa hazırıq”, - deyə bəyanatda qeyd edilir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Ras İssa limanına hücumların husilərin gəlirlərini kəsmək məqsədi daşıdığını və limanın qruplaşma üçün qeyri-qanuni qazanc mənbəyi kimi istifadə edildiyini bildirib.

CENTCOM-dan verilən açıqlamada: “Bu hücumların məqsədi öz vətəndaşlarını istismar etməkdə və onlara böyük əzab verməkdə davam edən Husilərin iqtisadi güc bazasını azaltmaq idi. Bu hücum Yəmən xalqına zərər vermək məqsədi daşımırdı”, - deyilir.

Martın 15-də ABŞ dövlət katibi Donald Tramp hərbçilərə İsraillə əlaqəli gəmilərə hücumlar həyata keçirən Husilərə qarşı hərbi əməliyyata başlamağı əmr edib.

Tramp Husilər hücumları dayandırmayınca hücumların dayanmayacağını bildirib: “Husilərin ABŞ gəmilərinə hücumlarına yol verilməyəcək. Məqsədimizə çatana qədər böyük ölümcül güc tətbiq edəcəyik” - deyib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью