Yaxın Şərqdə yeni nizamın şərtlərini Tehran diktə edir Tehranlı professor

18.06.2026

Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.

Tehrandakı Tətbiqi Elmlər Universitetinin professoru Mostafa Koşçeşm bildirib ki, ABŞ-İran razılaşmasının taleyi Vaşinqtonun İsrailin Livandakı fəaliyyətini nə dərəcədə məhdudlaşdıra bilməsindən asılıdır.

Sitat.info-nun məlumatına görə, o, “Al Jazeera”ya açıqlamasında deyib ki, İran rəsmiləri atəşkəs şərtlərinin pozulacağı, o cümlədən İsrailin Livana hücumlarını davam etdirəcəyi təqdirdə Tehranın cavab verərək İsrailə zərbələr endirəcəyini açıq şəkildə bəyan ediblər.

Koşçeşmin sözlərinə görə, hazırkı vəziyyət İsrail üçün qəbuledilməzdir və bu, ölkə hökumətindəki fikir ayrılıqlarını daha da dərinləşdirir. O hesab edir ki, İran artıq “Yaxın Şərqdə yeni nizamın və oyunun qaydalarının müəyyənləşdirilməsində əsas söz sahibinə çevrilib”.

Professor əlavə edib ki, İsrail ABŞ-İran razılaşmasını pozmağa çalışa bilər. Buna görə də prosesin gələcəyi ABŞ Prezidenti Donald Trampın imzaladığı sazişə nə dərəcədə sadiq qalacağından asılı olacaq.

Aytac,

Sitat.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью