Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yaxın Şərqdəki gərgin vəziyyət təkcə region üçün deyil, bütün dünya üçün təhlükəlidir.
Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Yaxın Şərqdəki vəziyyət təkcə region üçün deyil, bütövlükdə dünya üçün son dərəcə gərgin və təhlükəlidir. Münaqişə iştirakçılarının sayının genişləndirilməsi daha təhlükəlidir, bu, yalnız qarşıdurmanın növbəti mərhələsinə və regionda gərginliyin artmasına gətirib çıxaracaq”, - o bildirib.