Yaxın Şərqdən neft axını normal vəziyyətinə qayıdır

30.09.2026

Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müəllif: Mehin Qasımova, Banco.az

Yaxın Şərqdə davam edən təhlükəsizlik risklərinə baxmayaraq, regiondan xam neft ixracı müharibədən əvvəlki səviyyəyə yaxınlaşıb.

Banco.az xəbər verir ki, bu barədə JPMorgan və Goldman Sachs-ın hesablarında qeyd edilib.

"JPMorgan" analitiklərinin məlumatına görə, xam neft daşımaları gündə 17,5 milyon barelə çatıb. Bu, müharibədən əvvəlki göstəricinin 98 faizi deməkdir. Dizel və benzin kimi neft məhsullarının daşınması isə gündə 3 milyon barel, yaxud əvvəlki səviyyənin 58 faizi təşkil edib.

"Goldman Sachs" isə Fars körfəzindən, o cümlədən “qaranlıq axınlar” adlandırılan gizli daşımalarla ixrac edilən neftin gündə 23,3 milyon barelə yüksəldiyini bildirib. Bu göstərici 2025-ci ilin orta səviyyəsinə uyğundur.

Analitiklərin fikrincə, Səudiyyə Ərəbistanının neft ixracı sentyabr ayında iki dəfədən çox artaraq ötən ilin orta göstəricisini də keçib.

Bununla belə, "JPMorgan" və "Goldman Sachs" regionda təhlükəsizlik risklərinin hələ də yüksək olduğunu vurğulayıb. Analitiklər enerji infrastrukturuna qarşı yeni hücumların neft bazarında yenidən ciddi dalğalanmalara səbəb ola biləcəyini bildirirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью