Yaxın üç gün ərzində Ukrayna ABŞ görüşü baş tuta bilər

20.03.2025

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Vladimir Zelenski ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüşünün yaxın üç gün ərzində Səudiyyə Ərəbistanında baş tutacağına ümid edir.

Bizimyol.info xəbər verir ki, bu barədə o, yazısı Prezident Aparatının "YouTube" kanalında yayımlanan onlayn brifinqdə bildirib.

"Biz Səudiyyə Ərəbistanında görüşə hazırlaşacağıq, müvafiq texniki qrup gedəcək. Görüş qruplar üçün necə münasibdirsə, o cür olacaq: cümə, şənbə və ya bazar, bu günlərin birində", - deyə o, brifinqdə qeyd edib.

Martın 19-da ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra Zelenski Ukrayna və ABŞ komandalarının yaxın gələcəkdə görüşməyə hazır olduğunu bildirib. Lakin heç bir tarix verilməyib. Üstəlik, martın 18-də Amerika liderinin xüsusi nümayəndəsi Stiven Vitkoff Rusiya və ABŞ arasında yeni təmasların “bazar günü Ciddədə” baş tutacağını bildirdi.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью