Yaxın vaxtlarda Ermənistandan Azərbaycana da ixrac olacaq Paşinyan

13.08.2026

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda ölkəsindən Azərbaycana məhsul ixracının da həyata keçiriləcəyinə əmin olduğunu bildirib.

Modern.az xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərə açıqlamasında Ermənistandan Azərbaycana hazırda yalnız idxal həyata keçirildiyi ilə bağlı suala cavab verərkən danışıb.

“Əminəm ki, yaxın vaxtlarda Ermənistan Respublikasından Azərbaycana da ixraclar həyata keçirləcək". 
Lakin o, ixrac məhsullarının nələr ola biləcəyinə aydınlıq gətirməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью