“Yaxın vaxtlarda TRIPP in praktiki icrasına başlayacağıq”

08.08.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Yaxın vaxtlarda TRIPP layihəsinin praktiki icrasına başlayacağıq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesablarında etdiyi paylaşımda bildirib.

“Vaşinqton Sülh Sammitinin ən mühüm nəticələrindən biri Ermənistan və Azərbaycanın bir-birini maneə kimi deyil, yol və qonşu kimi qəbul etməsinə kömək edəcək TRIPP layihəsidir. Yaxın vaxtlarda TRIPP layihəsinin praktiki icrasına başlayacağıq və bu, böyük regional və beynəlxalq hadisəyə çevriləcək”, - deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью