Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, arabesk musiqisinin tanınmış ifaçısı Cansever Almaniyada 59 yaşında vəfat edib.
Axşam.az xəbər verir ki, bir müddətdir qan xərçəngi ilə mübarizə aparan Canseverin son arzusu da məlum olub. Sənətçi vəsiyyətinə əsasən doğulub boya-başa çatdığı Şimali Makedoniyanın Veles şəhərində torpağa tapşırılacaq.
Onun cənazəsi avqustun 12-də Velesdə yerləşən Fazlı Əhməd Paşa məscidində qılınacaq namazdan sonra ailə məzarlığında dəfn ediləcək.