Yaxınlaşan avtomobilə məhəl qoymayan piyada təhlükə yaratdı VİDEO

10.06.2026

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Paytaxtın 8 Noyabr prospektində qayda pozan piyadalar avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 9-da saat 07:17 radələrində qeydə alınıb. Görüntülərdən məlum olur ki, piyadalar yolun müəyyən olunmamış hissəsindən hərəkət hissəsinə çıxaraq keçməyə cəhd edirlər. Bu zaman onlardan biri qarşı tərəfə keçsə də, digəri yaxınlaşan nəqliyyat vasitəsini gördükdən sonra geriyə addımlayır.

Qeyd edək ki, bu kimi hallarda yolun müəyyən olunmamış hissəsindən qəfil çıxışlar sürücülərin reaksiya vaxtını xeyli azaldır və xüsusilə sıx hərəkət olan prospektlərdə təhlükəli vəziyyətlər yaradır. Piyadaların keçid yerlərindən istifadə etməməsi həm özləri, həm də digər hərəkət iştirakçıları üçün gözlənilməz risklərə səbəb olur.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью