Adelet.az saytına istinadən Icma.az xəbər verir.
Mən hər dəfə dünyasın dəyişmiş dostlarım haqqında yazı qələmə alanda düşünürəm ki, görəsən, yaxşı adamlar olmasaydı dünya nə təhər olardı? Elə özüm də bu suala tez cavab tapıram:" Dünyada qan su yerinə axardı, Yer üzü qapqarnalığa, zülmətə bürünərdi! Və yaxşı insanların, yaxşı adamların hesabına dünyamız hələ kı işığın , nurun itirməyib! Belə yaxşı adamlardan, etibarlı dostlardan biri də , jurnalist, yazıçı-publisist rəhmətlik Surxay Əlibəyli idi! Onunla mən həm iş yoldaşı, həm də dost, qardaş , sirdaş olmuşuq.
Surxayı tanımaq üçün çox yox , elə bircə dəfə yol yoldaşı olmaq lazım idi. Mən onunla uzun müddət " Ədalət" də bir yerdə işləmişəm, dəfələrlə rayonlara ezamiyyətə getmişəm və onun kimi gözü tox, səmimi , halal adam çox az görmüşəm.Və heç vaxt öz marağını, mənafeyini düşünməyib. Hər şeydən öncə halallığı, dürüstlüyü fikirləşib. Ona görə də Surxay qardaşımızla kim dostluq edirdi, onun sədaqətindən, saflığından razı qalırdı. Surxay Əlibəyli həm yaxşı dost , həm yaxşı jurnalist, yazıçı publisist, həm də vətənpərvər insan idi.
Çox zəngin dünyagürüşü və güclü mütaliəyəsi vardı. Bunu onun danışğında, qələm aldığı publisist yazılarda və bir də araya-ərsəyə gətirib çap etdirdiyi kitablarda hiss eləmək, görmək olardı. Çox şirin ,səmimi bir- birindən gözəl yazılar orta qoyardı. Və heç vaxtda deməzdi ki, mən yaxşı yazaram! Əksinə özündən həmişə narazı qalardı! Bu da onun istedadından və içindən gələn bir xarakter idi.
Ağdamınan, Seyid ocaqları ilə bağlı çox möhtəşəm kitablar yazmîşdı. Bu kitablar asanlıqla başa gəlməmişdi, çünki Surxay həmin kitablara illərini sərf eləmişdi, gözünün nurunu, ürəyinin atəşini qoymuşdu. Çətin durumda olanda belə ən yaxın dostlarına ağız açmaz, bütün problemləri təkbaşına, öz gücünə həll edirdi. Və həmişə də kimdənsə, çəkinməz, sözünü dik həmin adamın özünə deyərdi. Biz Surxayın necə cəsarətli olduğunu özümüz görmüşük. Bir dəfə aramızda soyuqluq yaranmışdı, daha doğrusu, ondan heç bir səbəb olmadan küsmüşdüm! " Azərbaycan nəşriyyatı" nın birinci mərtəbəsindəki yeməkxanada raslaşdıq. Dedi ki, məndən niyə küsmüsən, dədəm dədənə güllü atıb, yoxsa, özüm sənə güllə atmışam? Gördüm ki, kişi düz deyir. Qucaqlaşıb- ölüşdük , sonra bir tikə çörək yedik və dostluğumuz davam elədi. O, heç kimlə küsülü qalmağı sevməzdi. Ona görə də bütün dostlar onu çox istəyirdi.
Ağdamda uzun müddət parkın direktoru işləyib! Və hamıya da çörək verib, yaxşılıq edib. Onun yanına gedən bir qonağı ac-susuz buraxmayıb. O günü Rüstəm Hacıyev və Əbülfət Mədətoğlu bir daha Surxay qardaşımızın mehribanlığından , dostluqda sədaqətindən , səmimi və şirin söhbətlərindən danışdılar. Dedilər ki, Surxay Əlibəyli kimi əliaçıq, səxavətli və səmimi adamlar çox azdır! Onların Surxayla bağlı i qədər şirin xatirələri var ki! Noyabrın 5- i Surxay Əlibəylinin Allahın dərgahına qovuşduğu gündür.
Və hər il bir payız günündə- noyabrın 5- də onu bütün dostlarla bir yerdə yada salıram! Ruhuna dualar oxuyur və " yerin Cənnət olsun!" deyirəm! Və yazımı da xalqın şairi Vaqif Bəhmənlinin iki bənd şeiri ilə tamamlamaq istəyirəm: Xətri xətirlərdən əziz; El gözündə xandı, bəydı. Sözü bütöv, andı təmiz - Yaxşı adam ayrı şeydi. Ucaların ucasıdı Qəlbi səma , yurdu göydü. Tanrının bir parçasıdı , Yaxşı adam ayrı şeydi.