“Yaxşı ana deyiləm, amma ərimə….”

27.11.2025

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müğənni Vəfa Şərifova açıqlaması ilə diqqət çəkib.

Gununsesi.info xəbər verir ki, “Rəngarəng” verilişində qonaq olan sənətçi özünü yaxşı ana hesab etmədiyini deyib.

Onun sözlərinə görə, övladı üçün istədiyi qədər nələrsə etməyə vaxt tapa bilmir:

“Yaxşı ana olduğumu düşünmürəm. Övladım üçün istədiyimi edə bilmirəm, vaxt çatdıra bilmirəm”.

Şərifova həmçinin həyat yoldaşına olan münasibətindən danışıb:

“Həyat yoldaşıma çox sadiq insanam. Dünya dağılar, ölərəm – həyatımda olan insana xəyanət etmərəm. Amma kaprizlərim çoxdur və kinim var. Elə şeylər var ki, mənə olunmamalıdır. Edilibsə, keçmirəm”.

Müğənninin bu etirafı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. (Milli.Az)

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью