Yaxşı balıq tutmaq olar, işə gedib gəlməyə gəmi lazımdır İmişli sakinlərini çıxılmaz vəziyyətə salan yol

28.01.2026

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

İmişli şəhərinin 1 200 nəfərdən çox sakini olan Hüseyn Cavid küçəsi tamamilə yararsız vəziyyətdədir. Sakinlər illərdir aidiyyəti qurumlara etdikləri müraciətlərin cavabsız qaldığını bildiriblər.

"Yolumuz bərbad vəziyyətdədir. Maşınlar da məhv olur. Taksi çağıranda gəlmək istəmirlər, etiraz edirlər. Bu cür yaşayış olmaz. Küçə məhv olub, burada yaxşı balıq tutmaq olar", - sakinlərdən biri bildirib.

"Yaxşı balıq tutmaq olar, işə gedib-gəlməyə gəmi lazımdır" - İmişli sakinlərini çıxılmaz vəziyyətə salan yol

"Məktəbə, işə gedib-gəlməyə gəmi lazımdır. Su dizə kimi çıxıb, belə şey olmaz. Kanalizasiyanı qazıb üstünü basdırdılar, qaldı tör-töküntü. Bəs biz adam deyilik?!" - başqa bir sakin qeyd edib.

Məsələ ilə bağlı İmişli Rayon İcra Hakimiyyətindən bildirilib ki, cari ildə sözügedən küçədə əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью