“Yaxşı ki, o qızın başından vurub yaşamağa qoymamışam”

09.11.2024

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əməkdar artist Elnarə Abdullayeva özünə qoyduğu qadağalardan danışıb.

Müğənni “İncə səhər” verilişində bunları əlavə edib:

“Yaxşı ki, cavan olanda bütün hisslərimə neft töküb yandırmışam. Bu olmaz, Elnarə. İnsan özünə “olmazlar” deməlidir. Hər şey olmaz. Sevinirəm ki, bu qızı qoymamışam yaşamağa. Başından vurub demişəm, olmaz. Heç bir ata, ana, həyat yoldaşı mənim özümə qoyduğum qadağanı qoya bilməz. İnsan özünü öldürə bilərmi? Mümkün deyil… O qədər olmazlar oldu ki… Bu gün isə deyirəm, yaxşı etmisən. Belə lazımdır”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью