Yaxşı ki, varsınız, əziz həkimlər...

05.10.2026

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı şəhər, 6 nömrəli şəhər poliklinikası Xətai rayonunda Əhmədli metrosunun yaxınlığında yerləşir. Mən də Xətai rayonunun ərazisində yaşayıram. Təbii ki, bir çox insanlar kimi mən də xəstələnəndə bu poliklinikaya müraciət edirəm. 30 ildən çoxdur ki, ailə üzvlərimiz poliklinikanın həkimlərinə mütəmadi olaraq müraciət edir, onların xoş münasibəti ilə qarşılaşırıq.

Poliklinikanın həyətinə daxil olduqda burada yaradılan səliqə-səhman diqqəti cəlb edir. Təsadüfi deyil ki, təhsilimizi müəllimlərə, sağlamlığımızı həkimlərə tapşırırıq. Bu yaxınlarda poliklinikanın nevroloqu Nazı Mirzəyeva məni müayinə etdikdən sonra poliklinikanın fizoterapiya şöbəsində müalicə olunmağımı tövsiyyə etdi. 10 gün fizoterapiyasında müalicə aldıqdan sonra özümü çox yaxşı hiss etdim.

Bunu hər kəs bilir ki, özəl klinikalara müraciət edəndə sadə bir xəstəlikdən həkimlərin yanına getmək üçün qeydiyyatdan keçməli və müəyyən vəsait ödəməlisən. 6 saylı poliklinikada qayda-qanun öz yerindədir. Əlbəttə, poliklinikanın baş həkimi Nərmin Qasımovanın xidmətlərini xüsusilə qeyd etmək lazımdır. N.Qasımova poliklinikanaya baş həkim təyin edildikdən sonra burada böyük dəyişliklər olub. Həkimləri də sağ olsunlar, xəstələrə əllərindən gələn köməkliyi göstərirlər. Buna görə də poliklinikanın baş həkiminə ailəmiz adından öz təşəkkürmü bildirirəm. Fizoterapiya şöbəsinin müdiri Sürəyya Hacıyeva, şöbənin tibb bacısı Lalə Həsənova, tibb bacısı Səbinə Hüseynova, Gülnarə Əsgərzadəyə də xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

Fizoterapiyaya gələ xəstələr burada müxtəlif aparatlarla müalicə olunurlar edirlər. Fizoterapiya şöbəsinin müdürü Sürəyya Hacıyeva qeyd etdi ki,nəinki bizim şöbəmiz poliklinikanın bütün həkimləri canla başla xəstələri müalicə edirlər. Fürsətdən istifadə edərək mən həkimlərdən Nazı Mirzəyevə, baş həkim Nərmin Qasımovaya, Fizoterapiya şöbəsinin müdürü Sürəyya Hacıyevaya öz minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, siz varsınız. Nə yaxşı ki, tibb bacıları Lalə Həsənova, Səbinə Hüseynova, Gülnarə Əsgərzadə öz isti əlləri ilə xəstələri gülər üzlə qarşılayır və yola salırlar.

Məmmədhəsən Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью