Yaxşı oxusa da, hərəkətinə görə ona qulaq asmıram

04.02.2026

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

"Bəyənmədiyimiz ifalar var. Xanəndələr insanlara xoş gəlir. Çünki onlar oxumağın təhsilini alır. Savadlı, qaydaya uyğun oxuyurlar. Amma bəziləri var ki, yaxşı oxusalar da hərəkətlərinə görə onlara qulaq asmıram. Müəyyən faiz var ki, onlar üçün sənət önəmli deyil, amma böyük siyasəti var".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Eldəniz Məmmədov "Gün ortası" verilişində deyib. Sənətçi bəzi ifaçılara qalmaqallarına görə qulaq asmadığını deyib. 

Əməkdar artist Zakir Əliyev isə "Xalqı gözdən salan ifaçılar var. Onlar sənət üçün doğulmayıblar. Onlar sənət aləmini qarışdırmaq üçün gəliblər. Bu cür adamlar, adi həyatda da var. Xalq, millət üçün ləkədirlər" deyərək, onun sözlərini təsdiqləyib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью