Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq. Keyfiyyətli təbii süd çox faydalı və hətta müalicəvi məhsuldur.
Belə süd dişlər, sümüklər, saç, dəri, ürək-damar və immun sistemlərinə olduqca müsbət təsir edir. Lakin...
Son zamanlar süd və süd məhsulları ən çox saxtalaşdırılan məhsullardandır. Yaxşı südü saxta süddən necə ayırmaq olar?
Bunu Moskva Dövlər Qida Sənayesi Universitetinin rektoru professor Dmitriy Edelev izah edir.
Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, mütəxəssisin sözlərinə görə, ilk növbədə südün xarici görünüşünə fikir vermək lazımdır.
Təbii süd daha qatı olur və qabın divarlarında ağ ləkələr saxlayır. Təbii südü suya əlavə edəndə süd aşağı çökür.
Südə su əlavə olunubsa, belə "süd" asanlıqla su ilə qarışacaq. Südü stəkana töküb isti yerdə (məsələn, mətbəxdə) saxlayın.
Süd 24 saat ərzində turşuyubsa, bu o deməkdir ki, süd təbiidir. Prosesi sürətləndirmək üçün südə 1 ç.q xama əalvə edin.