Yaxşısı Qarabağ la qarşılaşmaqdır Luis Enrike

29.01.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın potensial rəqiblərindən olan PSJ-nin baş məşqçisi Luis Enrike "köhlənlər"lə qarşılaşmaq istəyini dilə gətirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini Paris klubunun rəsmi saytı belə çatdırıb:

"Pley-offa çıxmağın nə qədər çətin olduğunu ən yaxşı şəkildə anlayan bir komanda varsa, o, bizik. Biz "Monako" və "Qarabağ"la qarşılaşmağa hazırıq. Görək necə olur, ümid edirəm ki, Fransa təmsilçisi ilə üz-üzə gəlməyəcəyik. Çünki fransızlara qarşı oynamaqdan bezmişik. Yaxşısı başqa ölkəyə yollanmaq, "Qarabağ"la qarşılaşmaqdır. Çətin səfər matçlarına adət etmişik".

Xatırladaq ki, "Qarabağ"ın pley-offdakı digər potensial rəqibi "Nyukasl"dır. Bu mərhələnin püşkü sabah atılacaq.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью