“YAY ARZULARI” adlı yaradıcılıq sərgisi açılacaq

22.10.2026

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Böyüyən gəncliyi təbiətlə təmasa sövq etmək, fərqli fəsillərdə təbiətin əsrarəngizliyini göstərmək və mühafizəsinə həvəsləndirmək məqsədi ilə TƏBİƏTLƏ TƏMASDA OL, ƏSRARƏNGİZLİYİ TƏSVİR ET! layihəsi çərçivəsində qış və yaz sərgilərindən sonra növbəti - "YAY ARZULARI" adlı yaradıcılıq sərgisi 27, 28 oktyabr 2026-cı il tarixlərində hər gün saat 12:00 və 16:00 olmaqla yaş kataqoriyalarına uyğun olaraq növbəli səkildə Xətai Sənət Mərkəzində açılacaq.

Mövzusu yay fəslinin yaratdığı əhval-ruhiyyə, ətrafımdakı yay mənzərəsi, yayda təbiətin rəngləri, yay xəyallarım və xəyalımda qalan yay səhnəsi olan sərgiyə 8-21 yaş arası  900-dən çox yerli və əcnəbi iştirakçı 1300-ə yaxın əsər təqdim etmişdir.

Seçimlər mövzu və ölçü nəzərə alınmaqla aparılmış və bir çox iştirakçının 2 və ya daha çox əsərinin seçilməsinə baxmayaraq, hər müəllifdən bir əsər prinsipi ilə 600-dən çox müəllif sərgidə iştirak etmək hüququ qazanıb. Tədbirdə eyni şərtlərlə Moldovadan 33, Türkiyədən 25 , Serbiyadan 14, Xorvatiyadan 13, Rusiyada 8, Belarusiyadan 3, Tayvandan 3, İrandan 2,  Bolqarstandan 2 müəllif iştirak edir  və əsərləri kataloqda yer alır.

Sərginin kataloqu: https://online.fliphtml5.com/udgyq/ttjj/

Nəzərinizə çatdıraq ki, sərgi Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası, Xətai Sənət Mərkəzinin təşkilatçılığı , həmçinin, Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-i, Xətai Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin dəstəyi ilə keçirilir.

Sərgidə iştirak ödənişsizdir.

Əsəri sərgilənən iştirakçıya sertifikat təqdim olunacaq.
Əsəri katoloqda yer alan əcnəbi iştirakçıya online sertfikat təqdim olunacaq.

Layihənin təbiətin qorunmasına, həmçinin, gəncliyin təbiətlə təmasına tövhə verəcəyinə inanırıq!

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью