“Yay bazarlığı”: “Sabah” və “Qarabağ” dəyər itirdi

11.07.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqası klubları yay transfer çalışmalarını davam etdirir.

Futbolpress.az xəbər verir ki, “bazar”ın aktiv klubu “Qarabağ”dır. Ötən mövsüm çempionatda gümüş medalla kifayətlənən “atlılar” bir neçə aparıcı üzvü ilə də vidalaşıb. Xüsusilə Leandro Andrade və Kamilo Duranın satılması komandanın “transfermarkt”da dəyərini aşağı salıb.

“Qarabağ”ın yay “bazarlığı”:

Gələnlər: Zakaria Savo (son klubu – “Aris” Kipr), Jali Muaddib (“Omoniya” Aradippou Kipr), Samuel Lobato (“Portimonense”, Portuqaliya), Bruno Lanqa (“Almeriya”, İspaniya), Martin Zlomisliç (“Riyeka”, Xorvatiya), Renaldo Sefas (“Pari Nijni Novqorod”, Rusiya), Bense Varkonyi (“Zalaeqerseq”, Macarıstan), Cebrail Makreçkis (“Ferentsvaroş”, Macarıstan)
Gedənlər: Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Kevin Medina, Fabian Buntiç, Amin Ramazanov, Leandro Andrade, Kamilo Duran

Ötən “futbol ili”ndə dəyəri 30.7 milyon avro olan “Qarabağ”da hazırda bu rəqəm 24.73 milyon avrodur. Dəyəri aşağı salan əsas məqam isə məhz Andrade və Kamilonun ayrılığıdır. Buna baxmayaraq, klub iki futbolçusunun satışından təxminən 10 milyon avroya yaxın gəlir əldə edib.

“Transfermarkt”da dəyər itirən digər komanda “Sabah”dır. Keçən mövsümü “qızıl dubl”la başa vuran “bayquşlar”ın heyətinin “bazar qiyməti” 19 milyon avrodan 17 milyon avroya düşüb.

“Sabah”ın yay “bazarlığı”:

Gələnlər: Yunis Laçabı (“Lill”, Fransa – icarə) Eyden Makkarti (son klubu – “Kayzer Çifs”, CAR), Junior Erivaldo Almeyda (“Maritumu”, Portuqaliya), Patrik Orfe Mbina (“Maribor”, Sloveniya), Ksander Severina  (“Makkabi” Hayfa), Amin Ramazanov (son klubu “Qarabağ”)
Gedənlər: Cesse Sekidika, Pavol Şafranko, Nicat Mehbalıyev, Amin Seydiyev, Andrey Santos (“İberiya” (Gürcüstan) – icarə), Seymur Məmmədov (“Şahdağ Qusar” – icarə), İqor Noqeyra.

“Sabah”da heyətin dəyərini aşağı salan Sekidika və Şafrankonun vidasıdır. Tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparan “futuristlər”in transfer çalışmaları davam edir və “pəncərə” bağlananadək daha bir neçə oyunçunun keçidi gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью