Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Artıq yayın sonu gəlir və istirahətə gedənlər tədricən Bakıya qayıdırlar. Əksəriyyət rayonlara istirahətə ən praktik vasitə olan şəxsi maşınla gedir.
Avtosfer.az xəbər verir ki, uzaq səfərdən sonra sürücü özü maşına vizual baxış keçirməlidir. Əvvəla, şinlərin bərabər yeyilib-yeyilmədiyi yoxlanmalıdır.
Bundan sonra kapotun altında sızmalara diqqət yetirilməli, yağ və antifriz səviyyəsi yoxlanmalıdır.
Nəhayət, avtomobil yaxşı yuyulub təmizlənməlidir. Yollardakı toz və palçıq kuzova yapışaraq onu korlayır.
Vüqar