“Yay məktəbi” proqramını uğurla başa vuran iştirakçılar təltif olunub

29.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) tərəfindən təşkil olunan “Yay Məktəbi” proqramı uğurla başa çatıb.

Proqram çərçivəsində GAİM-in müəllimi Anna Allahverdiyevanın rəhbərliyi ilə məktəbli və yeniyetmələr yay tətilini səmərəli keçirərək yeni bilik və bacarıqlar əldə edib, müxtəlif maarifləndirici, yaradıcı və əyləncəli fəaliyyətlərdə fəal iştirak ediblər.

Proqramın sonunda iştirakçıların fəallığı və göstərdikləri nəticələr nəzərə alınaraq onlara sertifikatlar və hədiyyələr təqdim olunub. 

Proqramı uğurla başa vuran məktəblilərə sertifikat və hədiyyələri GAİM-in icraçı direktoru Məhəbbət İmanov, proqramın müəllimi Anna Allahverdiyeva və rəsm müəllimi Xəyalə Mustafayeva təqdim ediblər. Onlar iştirakçıları təbrik edərək gələcək təhsil həyatlarında uğurlar arzulayıblar. 

“Yay Məktəbi” proqramı iştirakçıların asudə vaxtlarının səmərəli təşkilinə, dünyagörüşlərinin genişlənməsinə, yeni bilik və bacarıqlar qazanmalarına, eləcə də onların sosial və yaradıcı potensiallarının inkişafına mühüm töhfə verib.

P.ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью