Yay məktəbləri qazanc yerinə çevrilir Universitetlərdən AÇIQLAMA | Icma.az
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda bir sıra ali təhsil müəssisələrində yay məktəbləri ənənəsi formalaşıb.
Yay məktəbləri əsasən akademik borcların ləğv edilməsi, tələbələrin fənlər üzrə müvəffəq qiymətlərini yüksəltməsi məqsədilə təşkil olunur.
Yay məktəbləri könüllü olsa da, bəzi universitetlərdə bu proqram tədris prosesindən çox, kommersiya məqsədi daşımağa başlayıb.
Tələbələrin sözlərinə görə, bəzi müəllimlər tələbələri məqsədli şəkildə yay məktəblərinə yönləndirmək üçün imtahanlarda qəsdən aşağı qiymətlər yazır.
Hətta bəzi universitetlərdə rektorların müəllimlərə bu istiqamətdə göstəriş verdiyi ilə bağlı fikirlər də yayılıb.
Tələbələr iddia edir ki, bəzi fənn müəllimləri imtahan suallarını qəsdən daha mürəkkəb tərtib edir və ya qeyri-obyektiv qiymətləndirmə aparır.
Modern.az mövzu ilə bağlı ali təhsil müəssisələri arasında sorğu keçirib.
Tam oxu
Xəbəri oxu