Yay salatı üçün yüngül sousun resepti

23.07.2026

Icma.az, Medicina portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Kartof salatını daha dadlı və yüngül etmək üçün mütəxəssislər mayonez əvəzinə qatıq əsaslı sousdan istifadə etməyi tövsiyə edirlər.

Medicina.az xəbər verir ki, sousu hazırlamaq üçün az yağlı qatıq, Dijon xardalı, limon suyu, zeytun yağı, bal, sarımsaq, təzə nanə, bir qədər soya sousu və qara istiot kifayətdir.

Mütəxəssislər bildirirlər ki, sousun daha ləzzətli alınması üçün əvvəlcə xardal, bal və limon suyu qarışdırılmalı, sonra zeytun yağı əlavə edilməlidir. Nanə isə ətirini itirməməsi üçün ən sonda qatılmalıdır.

Bu sous yayda kartof salatına həm təravətli dad verir, həm də mayonezlə müqayisədə daha yüngül alternativ hesab olunur.

Xanım,

Medicina.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью