Yay transferi üçün planlarımız hazırdır

04.02.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Yay transferi üçün planlarımız hazırdır"

İngiltərənin "Tottenhem" klubu yay transfer pəncərəsinə indidən hazırlaşır.

QOL.az xəbər verir ki, bu barədə London təmsilçisinin texniki direktoru Yohan Lange danışıb.

Klub rəsmisi yay pəncərəsinə böyük ambisiyalarla daxil olacaqlarını bəyan edib:

"Yay transfer pəncərəsi elə bir mərhələdir ki, futbolçuların böyük əksəriyyəti məhz bu dövrdə klubunu dəyişir. Buna görə də yay aylarına komandanı gücləndirmək üçün geniş planlarla girəcəyik. Yeni transferlərin və əlavə imkanların olacağını bilirik, hazırlıqlarımız artıq tamamlanıb. Hansı mövqeləri gücləndirmək istədiyimiz barədə də dəqiq təsəvvürümüz var".

Lange qışda istədikləri bəzi keçidlərin alınmadığını da etiraf edib: 

"Qış fasiləsində daha bir və ya iki oyunçu ala bilərdikmi? Bunu məmnuniyyətlə edərdik, lakin mümkün olmadı".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью