Yaya Ture Afrika Kubokunun finalı ilə bağlı açıqlamaları barədə şayiələri təkzib edib | Ic…
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Barselona” və “Mançester Siti”nin keçmiş futbolçusu Yaya Ture Afrika Millətlər Kuboku finalı ilə bağlı şərh verdiyi barədə xəbərləri təkzib edib.
İdman.Biz bildirir ki, sosial mediada ona aid olduğu iddia edilən sitatlar yayılıb. Lakin Ture bu ifadələrin yalan olduğunu bildirib.
“İnternetdə Afrika Millətlər Kuboku finalı ilə bağlı mənə aid edilən bəzi sitatlar yayılıb.
Tamamilə aydın olsun ki, final barədə heç bir müsahibə verməmişəm və ya heç kimlə danışmamışam, ona görə də bu sitatlar mənim deyil və mənə aid edilməməlidir”, - Yaya Ture sosial mediada paylaşım edib.
Afrika Millətlər Kubokunun finalı Seneqal və Mərakeş arasında oynanılıb və Seneqal qalib gəlib.
İdman.Biz Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu