Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Turan Tovuz”un müdafiəçisi Hayderson Hurtadonun QOL.az saytına müsahibəsi
- Premyer Liqada “Araz-Naxçıvan”la görüşdən 1 xalla ayrıldınız. 1:1-lik heç-heçəni necə şərh edərdiniz?
- Bizim üçün çox çətin oyun oldu. Hesabda geri düşdük. Bundan sonra uzun müddət bərabərlik qolu vurmaq üçün çalışdıq. Yekunda xarakter nümayiş etdirdik və meydandan 1 xalla ayrıldıq.
- Qələbə qazanmağınıza nə mane oldu?
- Bir az daha həvəsli olmalıydıq. Matça yaxşı başlamadıq. Fasilədən sonra üstünlüyü ələ aldıq, təzyiqi artırdıq. Birinci hissədə də ikinci 45 dəqiqədəki kimi oynasaydıq, qələbə qazanardıq.
- Uzun müddət hesabda geri olduğunuzu nəzərə alsaq, 1 xalı “Turan Tovuz” üçün yaxşı nəticə saymaq olar?
- Məncə, biz bu oyunu udmalıydıq. Düzdür, “Araz-Naxçıvan” güclü rəqibdir və bu komanda ilə matçda 1 xal pis nəticə deyil. Lakin qalib gəlsəydik, daha yaxşı olardı.
- Ardıcıl ikinci görüşdə qələbə qazana bilmirsiniz. Bu nəticələr komandanı hədəflərindən uzaqlaşdırmır?
- Mövsümün sonuna hələ çox var. Sona qədər mübarizə aparacağıq. Bizim möhtəşəm azarkeşlərimiz var və onları sevindirmək istəyirik. Avrokuboklara vəsiqə qazanacağıq. Yayda Avropa kublarını Tovuza gətirəcəyik.
- Qarşıdan “Neftçi” ilə oyun gəlir. Həmin matçda qələbə həsrətinə son qoymaq mümkün olacaq?
- “Neftçi” ilə öz evimizdə oynayacağıq. Meydana qələbə üçün çıxacağıq. İnanıram ki, azarkeşlərimizin dəstəyi ilə qalib gələcəyik.