Yayda “Barselona”nın ilk transferi olacaq

01.01.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Conatan Tanın yayda “Bayer-04”ü tərk edəcəyi artıq böyük ölçüdə dəqiqləşib. “Barselona”nın müdafiəçi ilə danışıqlarının detalları bəlli olub.

“Mundo Deportivo” qəzetinin məlumatına görə, 28 yaşlı almaniyalı futbolçu İspaniya klubunun 2025/26 mövsümü üçün ilk transferi olacaq. Conatanın “Barselona” ilə müqaviləsinin müddətinin 5 illiyə nəzərdə tutulacağı da bildirilir. Müdafiəçinin agenti artıq İspaniya klubunun idman direktoru Deku Souza ilə bu barədə razılıq əldə edib.
Qeyd edək ki, Ta bu mövsüm “Bayer-04”ün heyətində 25 matça çıxaraq 2 qol vurub. Onun Almaniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilə qədərdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью