Yayda çay yoxsa soyuq su içmək? Həkimlər hansı daha faydalıdır deyir | Icma.az
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq. İsti yay günlərində susuzluğun qarşısını almaq üçün bir çox insan soyuq suya üstünlük veri
Lakin mütəxəssislər bildirirlər ki, orqanizmin tarazlığını qorumaq baxımından içilən mayenin növü və temperaturu mühüm rol oynayır.
BAKU.WS xəbər verir ki, tibb mütəxəssislərinin sözlərinə görə, soyuq su ilk baxışdan rahatlıq və sərinlik hissi versə də, onun orqanizmə birdən-birə daxil olması bəzi mənfi təsirlərə yol aça bilər.
Çox soyuq su xüsusilə mədə-bağırsaq sistemi üçün zərərlidir və bədənin temperatur balansını poza bilər.
Bundan əlavə, ani soyuqluq boğaz ağrısı, əzələ tutulmaları və hətta baş ağrısı yarada bilər.
İsti havada bədənin öz temperaturunu tənzimləməsi üçün daxili sistemlər aktivləşir.
Məhz bu zaman isti və ya ilıq mayelərin, o cümlədən çayın qəbulu bədəndə tərləməni stimullaşdırır və istilik tarazlığını daha effektiv şəkildə qoruyur.
Mütəxəssislər qeyd edirlər ki, yay aylarında şəkərsiz, kofeinsiz və ilıq çaylar – xüsusilə yaşıl çay, nanə çayı və digər bitki çayları – həm susuzluğu aradan qaldırmaqda, həm də orqanizmi sakitləşdirməkdə effektivdir.
Tam oxu
Xəbəri oxu