Yayda D vitamini içmək lazımdırmı?

25.05.2026

Icma.az, Medicina portalına istinadən məlumat verir.



Bir çox insan düşünür ki, yayda günəş çox olduğu üçün D vitamini qəbul etməyə ehtiyac yoxdur. Amma mütəxəssislər bildirirlər ki, bu hər insan üçün keçərli deyil.

Medicina.az xəbər verir ki, D vitamini əsasən günəş şüaları vasitəsilə sintez olunur. Lakin: — insanların çoxu gün ərzində qapalı məkanlarda olur, — günəşdən qoruyucu kremlər istifadə edir, — günün ən faydalı saatlarında günəşə çıxmır, — bəzi insanlarda isə D vitamini sorulması zəif olur.

Bu səbəbdən yayda belə bir çox insanda D vitamini aşağı qala bilir.

D vitamini çatışmazlığı: halsızlıq, əzələ və sümük ağrıları, yorğunluq, əhval düşkünlüyü,mmun zəifliyi ilə özünü göstərə bilər.

Həkimlər xəbərdarlıq edir ki, D vitamini analizsiz və nəzarətsiz yüksək dozada qəbul edilməməlidir. Çünki artıq doza orqanizmdə kalsium balansını poza bilər.

Mütəxəssislərə görə ən doğru yol analiz vermək və D vitamini səviyyəsinə uyğun qəbul planı qurmaqdır.

Əgər defisit varsa, yay mövsümündə də uşaqlar və böyüklər içməlidir.

Aygün Musayeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью