futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Cari yay transfer pəncərəsində yeni futbolçu keçidlərinə ən böyük maliyyə vəsaiti ayıran klub “Mançester Siti” olub.
Futbolpress.az xəbər verir ki, “Transfermarkt” portalının təhlilinə görə, “şəhərlilər” 9 transfer üçün ümumilikdə 526,2 milyon avro xərcləyib. Klubun bu məbləğə çatmasına əsas səbəb “Çelsi”dən Enzo Fernandes (145 milyon avro), Elliot Anderson (135 milyon avro), Ayub Buaddi (95 milyon avro) və “Everton”dan İliman Ndiayenin (70 milyon avro) keçidləri olub.
Ən çox xərc çəkən 15 klubun siyahısı:
“Mançester Siti” – 9 transfer (526,2 mln €) “Çelsi” – 10 transfer (406,7 mln €) “Tottenhem” – 5 transfer (366,4 mln €) “Nyukasl” – 8 transfer (313 mln €) “Aston Villa” – 8 transfer (300,2 mln €) “Liverpul” – 5 transfer (264,6 mln €) “Arsenal” – 4 transfer (227,1 mln €) “Real Madrid” – 4 transfer (225 mln €) “İpsviç” – 14 transfer (220,7 mln €) “Barselona” – 7 transfer (184 mln €) “Hall Siti” – 15 transfer (175,7 mln €) “Mançester Yunayted” – 3 transfer (173,2 mln €) “Brayton” – 9 transfer (165,5 mln €) “Yuventus” – 9 transfer (164,4 mln €) “Milan” – 6 transfer (163,7 mln €)Siyahıda İngiltərə Premyer Liqası təmsilçilərinin mütləq üstünlüyü diqqət çəkir. İlk 15-likdə 12 İngiltərə klubu qərarlaşıb. Elitanın yeni iştirakçıları “İpsviç” və “Hall Siti” də aktiv transfer fəaliyyətləri ilə fərqləniblər.